Estetik əməliyyatın ilk AZƏRBAYCANLI QURBANLARI - FOTOLAR

 15:48 14.05.2019     810

Məşhurlar son zamanlarda estetik əməliyyat etdirmələri ilə tez-tez gündəmə gəlirlər. Gözəlləşmək üçün atılan bu addımlar nəticəsində həyatını itirənlər də az deyil. 

Redaktor.az estetik əməliyyatların ilk qurbanı olan azərbaycanlı məşhurları araşdırıb:

İlk dəfə uğursuz plastik əməliyyatın qurbanı mərhum müğənni Nəzakət Məmmədova olub. Rusiyanın Soçi şəhərində Anatoli Karol adlı plastik cərraha müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyərkən, bıçağın boğazdakı şah damara dəyməsi, onun ölümünə səbəb olub. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişib.

Digər sənətçi isə müğənni Reyhan Müslümova olub. O, plastik yolla çəkisini azaltmaq istəsə də, buna nail ola bilməyib. Müğənniyə əvvəlcədən şəkərinin çox olması səbəbindən ölə biləcəyi xəbərdarlığı edilsə də, o, həkimləri dinləməyib. Reyhan Müslümova elə əməliyyat zamanı masada dünyasını dəyişib.

Sevda Bayramova / REDAKTOR.AZ