Əməkdar artist Almaz Orucova “Ailə dağıdan” MÜĞƏNNİLƏRDƏN DANIŞDI

 18:44 14.05.2019     1870

Son günlər sosial mediada, televiziyalarda “Ailə dağıdan müğənnilər” mövzusu müzakirə olunur.

Müğənni Ayan Babakişiyeva mövzuya münasibət bildirib:

“Müğənnilər ailə dağıtmır, mən də ailə dağıtmamışam. Günah kişilərdədir. Dövlət məmuru, iş adamı sanki müğənni ilə sevgili olmağı, bunu ətrafa bildirməyi xoşlayır. Kişi, məşhur simanı həyatına gətirdiyi zaman, ailəsi ilə hər şeyi həll etməlidir. Biz də tanınmış insanıq, bizə ləkə yaxmaq olar? Onlar qorxur ki, müğənni ilə münasibəti bilinsə, işdən çıxarılarlar".

Məsələ ilə bağlı Redaktor.az-a əməkdar artist Almaz Orucova danışdı:

“Heç kimin həyatına qarışmaq olmaz. Hər kəsin verəcəyi cavabı, daşıyacağı adı, nəsli, kökü var. Bu cür hallar bütün sahələrdə var, sadəcə məşhurların adı çıxıb. O qədər iş adamları, digər sahələrdə çalışan insanlar var ki, elə qələtlər edir, heç sənətçilər buna cürət etməz. Hamı yaxşıdır, biz sənətçilər pis? Qəribə baxıram bu cür fikirli insanlara. Qıraqdan ciddi müdaxilələr var. Hesab edirəm ki, vəziyət necə olursa olsun, xanım xanıma dəstək olmalıdır. Amma necə ki, qadın adını qoruyub, saxlayırsa, kişinin də buna haqqı var. Görüşürlərsə də, gərək hər şey etik normada olsun”.

Sevda Bayramova / REDAKTOR.AZ