Samirənin gələcək əri ƏSLİNDƏ HANSI ÖLKƏDƏNDİR?

 16:11 15.05.2019  372

Ötən gün meyxanaçı Samirə Yusifqızının açıqlaması şou gündəminə damğa vurub. Sənətçi xarici vətəndaş ilə ailə həyatı quracağını bildirib.

Redaktor.az-a açıqlama verən Yusifqızı məsələyə aydınlıq gətirib:

“Xarici vətəndaşdır. Amma əslən azərbaycanlıdır. Varlı ərəb deyil, isveçlidir. Onun üçün meyxana yox, mahnılar oxuyacam. Orada da musiqimizi təbliğ etməyə çalışacam. Xaricə köçməyəcəm. Vaxt tapdıqca gedib, gələcəm onun yanına. O da tez-tez Bakıya gəlir. Toy olmayacaq, ayıbdır. Dünəndən hər kəs məni ittiham edir ki, gənc qızlar qalıb evdə, iş adamları yaşlıları gedib alır. Şəxsiyyət vəsiqəsindəki yaş ancaq göstəricidir. Mən özümü 30 yaşından artıq hiss etmirəm, yaşın fərqi yoxdur”.

Sevda Bayramova / REDAKTOR.AZ