Qohumları bu azərbaycanlı məşhurun 15 000 DOLLARINI MƏNİMSƏDİLƏR

 15:51 16.05.2019     460

Şou-biznes nümayəndələri əksər hallarda dəbdəbəli həyatları ilə gündəmə gəlirlər. Bəziləri bu imkanlarından yaxınlarına, qohumlarına köməklik edir.

Görəsən, məşhurlarımızın kasıb qohumları var? Nə vaxtsa, onlardan borc alıb, qaytarmayan olub?

Aparıcı Dəniz Nəbiyeva Redaktor.az-a şok açıqlama verdi:

“O qədər olub ki, qohumlarım borca pul istəyib, amma sonra qaytarmayıb. Həmişə deyirəm ki, verməyəcəm. Sonra ürəyim dözmür, kömək edirəm. Birinə 1000 dollar vermişəm, qaytarsa, yaxşı olardı. Bir qohumumda isə bir ildir ki, 15 000 dollarım qalır”.

Əməkdar artist Ədalət Şükürov da qohumlarına yardım edən məşhurlar siyahısındadır:

“Maddi köməklik istəyiblər, mən də imkan daxilində etmişəm. Amma borca heç vaxt pul verməmişəm. Çünki nəticədə yenə də pis sən olursan. Ona görə də borc alıb, vermirəm, məsləhət görmürəm”.

Müğənni, model Afaq Aslandan qohumları heç vaxt maddi köməklik istəməyiblər. Buna səbəb isə onların varlı olmasıdır.

Müğənni Elvin Abdullayev qohumlarının əlindən tutub:

“Nə vaxt məndən köməklik istəyiblər, canla, başla yardım etmişəm. Çünki məni bu səviyyəyə məhz qohumlarım gətirib. Borc alıb qaytarmayanlar da olub. Bu, normaldır. İnsandır, yəqin çətin günlər yaşayır. Ən çox 500 manat borc alıb, qaytarmayıblar”.

Aparıcı Humay Muxtarova da qohumlarına yardım edib:

"Borc istəyəndə o məbləğin yarısını verirəm. Çünki bilirəm ki, qayıtmayacaq. Borcumu istəyəndə də inciyirlər. 300, 500, 1000 manat pul vermişəm, geri qayıtmayıb".

Aktyor Elnur Mahmudov da borca pul verib:

“Məndən pul istəyiblər, demişəm olanda verərəm. İmkanım çatanda maddi baxımdan yardım edirəm. 100-200 manat borc vermişəm, amma geri gəlməyib".

Müğənni Aslan Hüseynov Redaktor.az-a bildirdi ki, bəziləri müğənniləri çox varlı hesab edirlər, əslində isə bu belə deyil:

“Mən nəinki qohumlarıma, ümumiyyətlə köməyə ehtiyacı olanlara yardım etmişəm. Borca pul istəyiblər, vermişəm. Amma qaytarmayıblar. Artıq tövbə etdim. Heç kimə pul verməyəcəm. Hətta dini insanlar məndən borc istəyib, aldadıblar. Gündə 15 nəfər “İnstagram”da yazır, pul istəyir. Elə düşünürlər ki, biz milyon qazanırıq. İndi özümə kömək edən lazımdır”.

Sevda Bayramova / REDAKTOR.AZ