Çingiz Mustafayevin stilisti İsraildə qəzaya düşüb - VİDEO

 11:02 16.05.2019     63

“Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Çingiz Mustafayevin stilisti Anar Ağakişiyev İsraildə qəzaya düşüb.  

Redaktor.az xəbər verir ki, qrimçi motosikletdən yıxılıb. Nəticədə o, sol gözündən və başından xəsarət alıb. Ağakişiyevə təcili tibbi yardım göstərilib. Onun sol gözü əməliyyat olunub və tikişlər qoyulub. 

Qeyd edək ki, Azərbaycan təmsilçisi bu gün “Eurovision”un səhnəsində çıxış edəcək.

Sevda Bayramova / REDAKTOR.AZ