“Eurovision”un ikinci yarımfinalı keçiriləcək

 12:03 16.05.2019     296

Bu gün "Eurovision 2019" mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutacaq.

Redaktor.az xəbər verir ki, möhtəşəm gecədə 18 ölkənin nümayəndələri iştirak edəcəklər.

Azərbaycan, Ermənistan, İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstrya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Niderland, Makedoniya təmsilçiləri konsert proqramında yer alacaqlar.

Ölkəmizi "Truth" mahnısı ilə təmsil edən müğənni Çingiz Mustafayev səhnəyə sonuncu çıxacaq.

Sevda Bayramova / REDAKTOR.AZ