Məşhurlardan Çingiz Mustafayevə DƏSTƏK - FOTOLAR

 15:03 16.05.2019     728

Bu il "Eurovision" mahnı müsabiqəsində ölkəmizi gənc müğənni Çingiz Mustafayev "Truth" mahnısı ilə təmsil edəcək. Təmsilçimiz bu gün ikinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Məşhurlar da Çingizə dəstək olub, sosial şəbəkədə müxtəlif paylaşımlar ediblər.

Müsabiqənin qaliblərindən biri olan müğənni Eldar Qasımov həmkarının fotosunu paylaşıb və “Bu həftə hamımız üçün, əsas da sənin üçün çox vacib və həyəcanlıdır! Özün hər şeyi bilirsən. Sənə baxıb inkişafına çox sevinirəm! Uğurlar və zirvələr arzu edirəm” şərhini əlavə edib.

Müğənni Roza Zərgərli də Çingiz Mustafayevə dəstək oldu. Xanım ifaçı təmsilçimizin şəklini paylaşıb. O, “Dostlar Azərbaycan naminə “Eurovision”un rəsmi səhifəsinə daxil olub, Çingizin fotosuna layk və komment yazın. Bir olaq, dəstək olaq, özümüzü göstərək” rəyini əlavə edib.

Aparıcı Murad Dadaşov vaxtı ilə “Yeni Ulduz” müsabiqəsinin qalibi, hazırda isə “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı olan Çingiz Mustafayevə sosial şəbəkə vasitəsi ilə dəstək olub. Dadaşov müğənninin şəklini paylaşaraq “Həqiqətə səs verin! Çingiz Mustafayevə səs verin! Azərbaycana səs verin!” şərhini əlavə edib.

Aparıcı Hüsniyyə Məhərrəmova təmsilçimizlə birgə konfransda çəkilən fotosunu “İnstagram”da paylaşıb. Məhərrəmova şəklin altına “Bu sevgidir. Bu adam bütün komandanın qürurudur. Hamınızı sevirəm!” rəyini əlavə edib.

Sevda Bayramova / REDAKTOR.AZ