Rasim Balayevdən Röyaya CAVAB - “Arzusu ürəyində qaldı”

 18:03 16.05.2019     421

Bir neçə gün öncə ATV televiziyasında yayımlanan “Zaurla Günyadın” verilişində əməkdar artist Röya Ayxan qonaq olub.

Redaktor.az xəbər verir ki, əməkdar artistdən gözlənilməz açıqlama gəlib. Sənətçi “Uşaqlıqda Rasim Balayevi sevirdim, elə bilirdim böyüyəndə ona ərə gedəcəm”,- deyə bildirib.

Əməkdar artistin sözlərinə Rasim Balayevdən cavab gəlib:

“Eşitmişəm bu barədə. Uşaqlıq arzusu olub. Arzusu ürəyində qalıb”.