Çingiz finalda 20-ci çıxış edəcək - VİDEO

 11:11 17.05.2019     371

“Eurovision”da ikinci yarım final başa çatıb. Azərbaycanı təmsil edən gənc müğənni Çingiz Mustafayev finala vəsiqə qazanıb. Möhtəşəm şoudan dərhal sonra isə iştirakçılarla birgə mətbuat konfransı və püşkatma mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, təmsilçimiz mayın 18-də baş tutacaq final gecəsində 20-ci çıxış edəcək.

Qeyd edək ki, “Eurovision 2019” mahnı müsabiqəsi İsrailin Tel-Əviv şəhərində keçirilir.

Sevda Bayramova / REDAKTOR.AZ