“Eurovision”da BAYRAĞIMIZIN səhv qoyulması KİMİN GÜNAHIDIR? - İTV-dən AÇIQLAMA

 12:20 17.05.2019     725

“Eurovision”da ikinci yarım final başa çatıb. Azərbaycanı təmsil edən gənc müğənni Çingiz Mustafayev finala vəsiqə qazanıb. Möhtəşəm şoudan dərhal sonra, iştirakçılarla birgə mətbuat konfransı və püşkatma mərasimi keçirilib.

Konfransda Azərbaycan bayrağına qarşı hörmətsizlik olunub. Belə ki, üç rəngli, ay-ulduzlu bayrağımızda rənglərin sıralanmasına əhəmiyyət verilməyib. Göy, qırmızı, yaşıl yox, yaşıl, qırmızı, göy...

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən təşkilatçı İctimai Televiziyanın mətbuat katibi Aynurə Asimqızı bildirdi ki, bu, təşkilatçıların səhvidir:

“Bu, dünən bizim də diqqətimizi çəkdi. Təşkilatçıların səhvidir, daha sonra düzəldilib. Amma nədənsə, düzgün formada olmayan fotolar yayımlanıb".

Bayrağımızın əvvəlki və müdaxilə nəticəsində düzəldikdən sonrakı görüntülərini təqdim edirik:

Sevda Bayramova / REDAKTOR.AZ