"DNT analizinin əsasında köklərimi öyrəndilər" - Eldar

 16:27 17.05.2019     384

“Eurovision 2011” mahnı müsabiqəsinin qalibi, müğənni Eldar Qasımov bir müddət öncə yarışmanın təşkilatçıları tərəfindən tələb olunan DNT analizini edib. 

Redaktor.az xəbər verir ki, Qasımov çıxan nəticəyə çox təəccüblənib:

"Şokdayam... Bir müddət öncə "Eurovision"ın rəsmi tərəfdaşından layihədə iştirak etmək dəvətini məmnuniyyətlə qəbul etdim. DNT analizinin əsasında köklərimi öyrəndilər və test nəticələri gəldi. 78,4 faiz Qərbi Asiya, 11,6 faiz Skandinaviya, 7,1 faiz Mərkəzi Asiya, 2,1 faiz Baltikyanı ölkələr, 0,8 faiz İtaliya əsillidir".

Sevda Bayramova / REDAKTOR.AZ