Xalq artisti xəstəliyi ilə bağlı: “Son nəfəsimə qədər üzüm güləcək”

 16:00 17.05.2019     509

Xalq artisti Firəngiz Mütəllimova 2013-cü ildə ağır əməliyat keçirib. Həyatı riski olan sənətkar beynindən əməliyat olunub.

Sənətçi Redaktor.az-a həmin günlərdən danışdı:

“Anadangəlmə beynimdə xal olub, sinirin üstündə. Vaxtı gələndə qanamağa başladı. Qərar verməliydim. Həkim yaxşı olacağımı demir, təminat vermirdi. Ən böyük riskə getdim. İçimdə inam hissi var idi. Amma indi də maneələr, çətinliklər, problemlər var. Hündür daban ayaqqabı geyinə bilmirəm, hava dəyişəndə pis oluram. Hər üç aydan bir müayinə olunuram. Son nəfəsimə qədər üzüm güləcək. Nikbin insanam. Əməliyata gedəndə də gülə-gülə getdim, amma heç bilmirdim sağ-salamat çıxacam, ya yox”.

Sevda Bayramova / REDAKTOR.AZ