Afaq Aslan ölkədən çıxışına qadağa qoyulmasından DANIŞDI

 18:23 17.05.2019     483

Müğənni, model Afaq Aslanin vergiyə olan borcunun ödəməməsi, ölkədən çıxışına qadağa qoyulması xəbəri şou-gündəminə damğa vurub.

Redaktor.az-a məsələ ilə bağlı danışan Afaq dedi ki, söhbət çoxdan həll olunub. Hazırda heç bir problem yoxdur:

“Xaricdə olanda xəbərdarlıq gəldi, amma məsuliyyətsiz yanaşdım. Bakıya gəldim, ödənişimi etdim. Qadağan olundum, indi isə heç bir problem yoxdur. Məbləğ də o qədər böyük deyildi. Məsələ çoxdan həll olunub, bitib. İndi kiminsə mediaya məlumatı sızdırması gülməlidir. O insanın kimliyini araşdırmağa vaxtım yoxdur. Yəqin məni istəməyənlər etdirib”.

Sevda Bayramova / REDAKTOR.AZ