"Çingizin iki güclü rəqibi var" - Xalq artisti Çingiz haqqında DANIŞDI

 10:56 18.05.2019     427

Azərbaycan təmsilçisi Çingiz Mustafayev İsraildə keçirilən "Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb. O, bu gün 20-ci nömrə altında çıxış edəcək.

Redaktor.az bidlrir ki, Xalq artisti Faiq Ağayev təmsilçimiz haqqında fikirlərini bildirib:

"Çingiz çox yaxşı çıxış etdi və Qafqaz ölkələri arasında finala vəsiqə qazanan yeganə ölkəyik. Həm ifa, həm nömrə quruluşu çox xoşuma gəldi. Mübaliğəsiz ilk onluğa daxil olacağını düşünürəm. Bilirsiniz ki, bu müsabiqədə ölkələr çox vaxt siyasi maraqlarını əks etdirən səsvermələr keçirirlər, amma hər şey ədalətlə olsa, əsas ifa, mahnı, geyim, səhnə performansı nəzərə alınsa, əminəm ki, ilk beşliyə düşəcəyik. Hətta birincilik qazansaq, heç təəccüblənmərəm və çox sevinərəm. Sadəcə Çingizin iki güclü rəqibi olduğunu düşünürəm: Hollandiya və Rusiya”.

Sevda Bayramova / REDAKTOR.AZ