Çingiz ilə Sergey bir arada - VİDEO

 12:09 18.05.2019     449

"Eurovision 2019” mahnı müsabiqəsinin iştirakçıları Çingiz Mustafayev ilə Sergey Lazarevin maraqlı görüntüləri yayılıb.

Redaktor.az xəbər verir ki, müğənnilər Aralıq dənizi sahilindəki istirahət mərkəzlərinin birində bir araya gəliblər. Müxtəlif idman hərəkətləri edən sənətçilərin səmimi söhbət etdikləri də gözdən yayınmayıb. 

Qeyd edək ki, “Eurovision 2019” nun final gecəsi bu gün baş tutacaq. Rusiya 5-ci, Azərbaycan isə 20-ci çıxış edəcək.

Sevda Bayramova / REDAKTOR.AZ