“Günlərlə, həftələrlə çörək yemirdim” - Əməkdar artistdən ŞOK SÖZLƏR

 12:47 18.05.2019     425

Əməkdar artist Könül Kərimova sosial şəbəkədə yayılan köhnə şəkillərinə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, sənətçi bunu edənlərin qəsdən yaydığını vurğulayıb:

“İnstagram”da çoxlu səhifələr var, təkrar-təkrar eyni fotolarımı paylaşırlar. Bunu qəsdən edirlər. Səhhətimdə problem olub, təsəvvür edin, çəkim 42 kiloqrama heç çatmırdı. Həmin çəkidə olan insan necə görünə bilər? Gözəl görünə bilməz axı. 1983-cü ildə çəkilən foto idi. O vaxt hər şeyi çox dərd edirdim. Günlərlə-həftələrlə çörək yemirdim. Eləcə arıqlamışdım. Bir müddət oldu və keçdi. Heç özümdə o fotolar yoxdur. Daha sonra video şəklində həmin görüntümü yaydılar. Qəsdən videodan bərbad vəziyyətdə olan hissəni çıxarırlar. Gözəllikdə çirkinlik axtarırlar. Bundan nə qədər zövq alırlar”.

Sevda Bayramova / REDAKTOR.AZ