“Müğənniyə görə münasibətim dəyişir" - Tünzalə Ağayeva

 13:59 20.05.2019     437

Bəzi müğənnilər əməkdar artist Tünzalə Ağayevanın tədbirlərdə onlara soyuq münasibət nümayiş etdirdiyini bildiriblər.

Redaktor.az xəbər verir ki, sənətçi “ATV maqazin onlarla” verilişində məsələyə münasibət bildirib:

“Müğənniyə görə münasibətim dəyişir. Uzaqdadırsa, ya mən onun tərəfinə getməliyəm, ya da o mənim. Əgər, ikimiz də gələ bilmiriksə, uzaqdan salamlaşmaqla yetinməliyik. Getdiyim tədbirlərdə müğənnilərin sayı maksimum 3-4 olur. Röya, Miri Yusif, Zülfiyyə Xanbabayeva, Flora Kərimova, Eyyub Yaqubovla məclislərdə görüşürəm”.

Sevda Bayramova / REDAKTOR.AZ