“Sənin kefin başqa adamla yaşamaq istəyir..." - Nadirdən gözlənilməz açıqlama / VİDEO

 18:15 20.05.2019     392

ARB TV-də yayımlanan “Boş anlar” verilişinin qonağı müğənni Nadir Qafarzadə olub.

Redaktor.az xəbər verir ki, sənətçi bu dəfə qızları tənqid edib:

“Mənim özəl həyatım olmayıb. Peşmanlıq çəksəm də, xeyri yoxdur, qatar getdi. Bundan sonra mən kimə lazımam? Boşansam belə, evlənmərəm. Mənim oğul evləndirən, gəlin gətirən vaxtımdır. Durum özümə toy edim? Mənim fikrimcə yanlışdır. Qızlar serial düşkünü olublar. İçinə girib, onlarla yaşayırlar. Həyatlarını seriallardakı kimi qururlar. Seriallarda xəyanət, ailə dağıtmaq var. Qızlar da baxıb, onu edirlər. Bu da savadsızlıqdan gəlir. Yüngül düşüncəli insanlardır onlar. Serial həyatı yaşamaq istəyəndən hər şey gözləmək olar. Sənin kefin başqa adamla yaşamaq istəyir deyə, uşaq əziyyət çəkməlidir? Deyirlər, avropalaşmışıq. Axı niyə Avropadan pis şey götürürük?"

Daha ətraflı videoda:

Sevda Bayramova / REDAKTOR.AZ