"İstəmədən arvadıma əl qaldırdım. Sonra isə..." - Manafdan ŞOK açıqlama

 17:47 20.05.2019     867

Müğənni Manaf Ağayev həyat yoldaşına əl qaldırıb.

Redaktor.az xəbər verir ki, sənətçi bu barədə Lent.az-ın canlı yayımında danışıb. O, bildirib ki, bu hadisə yeni evlənən zaman yaşanıb:

“Həmin gün çox əsəbi idim. Həyat yoldaşımla aramda problem yarandı. İstəyirdi ki, gözümün odunu alsın. İstəmədən əl qaldırdım, dedim ağıllı ol. Sonradan özüm də peşman oldum. Həyat yoldaşım heç nə demədi. Ailədə qısqanclıq olmaya bilməz. Hamıya xanımım kimi həyat yoldaşı arzulayıram. 1-ci sinifdən bir oxumuşuq. Ailələrimiz bir-birini tanıyır. O da bilir ki, nə istəsəm, onu da edəcəm. Mən arvaddan qorxan kişi deyiləm. O demək deyil ki, xanımıma hörmət etmirəm, həyat yoldaşım başımın tacıdır. Övladlarımla, həyat yoldaşımla fəxr edirəm”.

Sevda Bayramova / REDAKTOR.AZ