"Anan, bacın üçün gəlmişəm, içki məclisinə yox” - Şəbnəmdən GÖZLƏNİLMƏZ AÇIQLAMA / VİDEO

 14:22 21.05.2019     420

Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişində maraqlı məqamlar baş verib.

Redaktor.az xəbər verir ki, verilişin qonaqları Şəbnəm Tovuzlu və Manaf Ağayev “Qadınların kişi məclislərində” iştirakından danışıblar.

Xanım ifaçı bildirib ki, vaxtı ilə ehtiyacı olan zaman kişi məclislərinə gedib. İndi isə yox:

“Moskvada olanda iki mərtəbəli restoranın birinci mərtəbəsində kişilər, ikincisində isə xanımlar əyləşmişdi. Xanım ifaçılar aşağıda oxudular. Amma mən qadın məclisində oxudum. Təklif etdilər, hətta pulumu da artırmaq istədilər. Dedim mən anan, bacın üçün gəlmişəm, içki məclisinə yox”.

Daha ətraflı videoda:

Sevda Bayramova / REDAKTOR.AZ