Kərim onu döyən şəxs haqqında DANIŞDI: "Vəziyyətim pisdir" - VİDEO

 15:11 21.05.2019     717

Ötən gün müğənni Kərim Abbasovun döyülməsi faktı şou aləminə damğa vurub. Sənətçi “İnstagram”da özünü polis kimi qələmə verən şəxs tərəfindən hücuma məruz qaldığını, döyüldüyünü bildirib.

Redaktor.az-a açıqlama verən müğənni bildirdi ki, vəziyəti pisdir:

“Pisəm. Bu boyda yalan xəbər ola bilməz. 4-cü Polis bölməsinə ərizə ilə müraciət etmişəm. Cinayət işi açılıb, istintaq gedir, iş prokurorluğa verilir. Polis mənim qanunumdur. Əgər, polis işindən sui-istifadə edirsə, bu, artıq sözün bitdiyi yerdir. Dünən düşünürdüm ki, o, polis deyil. Amma bu gün buna tam əmin oldum. Çünki dostlarıma çıxırlar, yalvarma prosessi başlayıb. Atası ilə anası gəlib, üzr istəmək istəyirlər ki, ərizəmi geri götürüm. Heç kim, heç kimə əl qaldırmaq ixtidarında deyil. Fərqi yoxdur sənətçi, ya da sadə vətəndaş”.

Faktla bağlı Daxili işlər nazirliyinin mətbuat katibi Ehsan Zahidovla əlaqə saxladıq:

“Əgər, vətəndaş təzyiqlə, qanunsuzluqla üz-üzə gəlirsə, dərhal yanındakı polis bölməsinə, ya da ki, 102 nömrəsinə zəng etməlidir. Müraciət edən şəxsə qarşı fərq qoyulmur. Əgər, ərizə daxil olubsa, araşdırılacaq.”

Sevda Bayramova / REDAKTOR.AZ