Günay Musayevanın bıçaqladığı Tahadan açıqlama

 07:19 22.05.2019     663

Türkiyəli biznesmen Taha Tatlıcı azərbaycanlı model Günay Musayevanın onu bıçaqlaması barədə yayılan məlumatlara münasibət bildirib.

Redaktor.az Axar.az-a istinadən xəbər verir ki, T.Tatlıcı sosial şəbəkə hesabından etdiyi müraciətdə mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini və hər iki tərəfin nüfuzuna xələl gətirdiyini bildirib.

Biznesmen həmçinin G.Musayevə ilə münasibətlərinin davam etdiyini, bu müraciətinin birgə hazırlandığını da qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə mediası T.Tatlıcının G.Musayeva və oğlu Cahangiri döydüyünə görə modelin onu bıçaqladığını yazmışdı.