Günay Musayeva sevgilisini bıçaqlamadığını AÇIQLADI

 12:46 22.05.2019     352

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva sevgilisi Taha Tatlıcını bıçaqlaması xəbərini yalanlayıb.

Redaktor.az xəbər verir ki, model və sevgilisi bu barədə “İnstagram” səhifələrində paylaşım ediblər:

"Bu gün haqqımda çıxan sevgilim Taha Tatlıcını bıçaqlama xəbəri həqiqətən uyğun deyil və üzücüdür. Həm mənə, həm də sevgilimə qarşı ağır bir ittiham ortaya atılıb. Taha ilə aramızdakı mübahisəni qonşular polisə bildirib. Aramızda heç bir problem yoxdur və hazırda birlikdəyik".

Sevda Bayramova / REDAKTOR.AZ