Azərbaycanlı tanınmışın oğlu QƏZAYA DÜŞDÜ

 13:14 22.05.2019     354

Tanınmış şairə Nazilə Səfərlinin oğlu Nurlan avtomobil qəzasına düşüb.

Redaktor.az xəbər verir ki, hadisə Masazır yolunda baş verib.

Sənətçi ilə əlaqə saxladıq. Nazilə Səfərli faktı təsdiq etdi:

“Oğlumun vəziyyəti yaxşıdır, yüngül xəsarət alıb. Biraz öncə sarğı etdilər, evə buraxılıb. Qəza hər kəsin başına gələ bilər. Eybi yoxdur, avtomobilimiz olmasın, avtobusda gəzək. Təki balamın canı sağ olsun. Özüm haqqında məlumat verməkdən, heç vaxt çəkinməmişəm, amma bu ailədir”.

Sevda Bayramova / REDAKTOR.AZ