“Bədənimi əməliyyat etdirməmişəm" - Nura CAVAB VERDİ

 14:49 22.05.2019     384

Mediada müğənni Nura Surinin bədənində plastik əməliyyat keçirdiyi barədə məlumatlar yayılıb.

Redaktor.az-a açıqlama verən sənətçi yayılan xəbərlərin doğru olmadığını bildirdi:

“Kosmetoloji prosedurlar etdirdim. Burnumda, dodağımda, bədənimdə dəyişiklər olmayıb. 43 yaşım var. Gözəllik üçün hər hansısa prosedur etdirməyim normaldır. 28 mayda konsertdəyəm, baxsınlar bədənimdə nəsə dəyişib? Hər kəs mənim baxımlı olduğumu bilir. İdmanla məşğul oluram, salonlara gedirəm, yeməyimə diqqət yetirirəm”.

Sevda Bayramova / REDAKTOR.AZ