“Kül onun da, şousunun da başına” - Qalmaqal böyüyür

 15:05 22.05.2019     361

Xəzər televiziyasında yayımlanan 5/5 verilişində müğənni Niyyam Salaminin söylədiyi fikir müzakirələrə və söz-söhbətlərə səbəb olub.

Aparıcı Zaur Kamal ifaçıya “Sel gələndə özü ilə çör-çöp gətirir. Böyük kötük isə sonda gəlir. Müğənnilər içərisində çör-çöp və kötük kimdir?” sualını verib. Niyam isə cavabında, “Sənətkarlar, Xalq, əməkdar artistlər kötükdür, “Yeni ulduz”dan çıxanlar çör-çöplərdir. Mən isə orta nəsildənəm, budağam”.

Bu sözlərinə görə “Yeni Ulduz” yarışmasının iştirakçıları sənətçiyə qarşı çıxıb, onu tənqid ediblər. 

Qalmaqalın böyüməsi ilə bağlı Niyam Salami Redaktor.az-a danışdı: 

“"Yeni Ulduz”dan çıxan iştirakçılar dostlarımdır. Bir neçə gün öncə onlardan biri “Eurovision”da ölkəmizi təmsil edib. Biz koruq, karıq? Mən müğənni dostlarımı necə yerə sala bilərəm? Ola bilməz. Zaur Kamalın verilişində qonağı idim. Kül onun, şousunun başına. O da camaatın makiyajını sildirir, başına oyun açır. Müğənnilər bundan xəbərdardır. Bizim ixtiyarımız yoxdur efirdə şou xarakterli zarafat edək? Qəbahətdir? Alçaldıcı söz olsa idi, Xalq və əməkdar artistlər mənə irad tutardılar. İnsan ermənidən pis olmalıdır ki, sənətçilərini tapdalasın. Siyasi veriliş deyil ki, şou xarakterli layihədir”.

Sevda Bayramova / REDAKTOR.AZ