"Avroviziya-2019" rüsvayçılığı davam edir - Avropa Yayım Birliyi Azərbaycanı 8-ci pilləyə endirdi

 22:19 22.05.2019     1406

Avropa Yayım Birliyi "Avroviziya-2019" mahnı müsabiqəsinin nəticələrinə yenidən baxıb.

Redaktor.az KP-ya istinadən xəbər verir ki, bu barədə AYB-nin rəsmi saytında məlumat yayılıb. Saytda bəzi ölkələrin xallarının sayılmasında yalnışlığa yol verildiyi qeyd olunub.

Balların texniki səhv ucbatından yenidən sayılması nəticəsində bəzi ölkələrin yekun cədvəldəki yerləri dəyişib.

Xəbərdə qeyd olunur ki, qalib gələn Niderlandın ballarına heç bir əlavə olmayıb. Lakin hesabındakı xallar bir qədər artan və yekunda 6-cı olan İsveçin yeri Norveçlə dəyişib. Yenidən hesablanan ballar təmsilçimiz Çingiz Mustafayevə də təsir edib. Çingiz 7-ci pillədəki yerini Şimali Makedoniya təmsilçisinə verib və yekun nəticədə siyahıda 8-ci pilləyə enib.

Rüfət Xəlil / Redaktor.az