“Birinci olmadım, ona görə də fərqi yoxdur, 7-ci ya da 8-ci yerdəyəm” - Çingizdən AÇIQLAMA

 13:06 23.05.2019     464

Avropa Yayım Birliyi "Eurovision-2019" mahnı müsabiqəsinin nəticələrinə yenidən baxıb.

Redaktor.az xəbər verir ki, yenidən baxılan hesabların nəticəsində İsveçin yeri Norveçlə dəyişib. Bununla yanaşı Azərbaycan təmsilçisi Çingiz Mustafayev 7-ci pillədəki yerini Şimali Makedoniyaya verib və 8-ci pilləyə enib.

Məsələylə bağlı müğənni Çingiz Mustafayevlə əlaqə saxladıq. O, bildirdi ki, bu, təşkilatçıların qeyri-peşəkarlığından irəli gəlir:

“Bu nə dərəcədə normaldır? 4 gün keçib final gecəsindən yenidən dəyişiklər baş verir. Hər kəs narazılığını bildirir. Çünki Avropalılar Azərbaycanı ən azı ikinci pillədə görürdü. Təxribat da ola bilər. Təşkilatçılarla əlaqə saxlamadım. Bu məni maraqlandırmır. Biz birinci olmalı idik. İndi fərqi yoxdur 7-ci ya da 8-ci yerdəyəm".

Sevda Bayramova / REDAKTOR.AZ