“Biri xiyar, digəri pomidordur, nəticədə...” - Əli Mirəliyev “Mashup” ifa edənləri SƏRT TƏNQİD ETDİ

 16:02 24.05.2019     411

Son zamanlarda yerli ifaçılarımız arasında “Maşup” oxuyanların sayı artıb. “Popuri” şəklində ifa olunan bu cür musiqilər “Maşup” adlandırılır.

Redaktor.az-a açıqlama verən Əli Mirəliyev onları sərt şəkildə qınayıb:

“Yeni ad qoyublar “MAŞAL”dır nədir... Bu, popuridir. Toy bazarının inkişaf etməsi üçün nəzərdə tutulub. Sovet vaxtında bizə 3, 4 dəqiqə mahnı oxumağa vaxt verilirdi. Biz toya yox, Azərbaycan musiqisinə işləyirdik. Üzeyir bəyin qoyduğu yol Popuri yox, 7 muğamdan ərsəyə gələn musiqilərdir. Müğənniciklər sənəti qırağa qoyub, yeni xətt yaradıb, toya işləyirlər. Həddi aşıb, mahnı janrımızı pozurlar. İnsanları çaşdırırlar. Hər yerə oyun havalarını salırlar. Bunlara “3 badam, bir qoz” deyib, ortaya düşüb oxumaq lazımdır. Bunun da yeri və qədəri olmalıdır. Ərəb, türk, fars dilində oxuyurlar. Birinci özününkünü öyrən, sonra keç başqasına daa... Məna, musiqi, janr heç bilinmir. Hər şeyi bir-birinə qarışdırıb, salat ediblər. Biri xiyar, digəri pomidordur, nəticədə salat hazırlanılır. Yarımçıq, ordan-burdan... Xalqın musiqisini, zövqünü korlayıb məhv edirlər”.

Sevda Bayramova / REDAKTOR.AZ