Rəqsanədən yeni PAYLAŞIM: "Hər kəs “ata” deyəndə..."

 15:02 25.05.2019     407

Müğənni Rəqsanə İsmayılovanın ərindən boşanması ilə bağlı yeni xəbərlər yayılmaqda davam edir. 

Redaktor.az xəbər verir ki, sənətçi "İnstagram"da yeni paylaşım edib: 

“Bir qız dünyaya gəldi. Bəzən ağladı, bəzən güldü. Həyatı çox çətin, əzablı oldu, anasının əziyyəti ilə böyüdü. “Ata” adı ona çox yad gəldi. Hər kəs “ata” deyəndə, o qız boynunu büküb baxırdı. “Ata” sözünün mənasını anlamadı, çünki o sözü heç vaxt demədi. Zaman keçdi, böyüdüm, artıq Rəqsanə anadır. Bəzən xoşbəxt, bəzən bədbəxtəm. Hamını başa düşür, hər kəsin halına yanıram. Amma nədənsə, heç kim məni başa düşmür. Nə yüküm varsa, özüm tək çəkirəm. Qınayırlar, içimi bilmədən arxamca danışırlar. Həyatda nə istədimsə, Allah gec olsa da, verdi. Heç nəyimi kimsədən gizlətmərəm, hər sözümü danışaram. Nə gəlirsə, başıma sadəliyimdən gəlir. Yoruldum demədən çalışdım. Xoşbəxtlik mənə çox vaxt yad gəlir. “Bəxtəvər” deyənlərə ürəyimdə gülüb keçirəm. Ürəyimdə aça bilmədiyim çox şey var. Həyatda nələr yaşadım, nələr gördüm, bu gün də yaşayıram. Çox şey var, amma mübarizə aparmağı bacarıram. Yaşım az olsa da, yoruldum həyatdan. Nə gözəl gündə - ilk Əhya gecəsində doğuldum. Doğulduğum gündən mücadilə edirəm. Ancaq çox yaşamaq istəmirəm, həyatdan tez köçmək istəyirəm”.

Sevda Bayramova / REDAKTOR.AZ