"Heyvanlar da balasına süd verir" - Kəramət bu dəfə analara dil uzatdı / VİDEO

 14:37 25.05.2019     1084

"Space" televiziyasında yayımlanan "El bizim, sirr bizim" verilişində maraqlı anlar yaşanıb.

Redaktor.az xəbər verir ki, budəfəki qonaqlar arasında tanınmış yazar Kəramət Böyükçöl və onun atası şair Qəşəm Nəcəfzadə də iştirak edib. Verilişdə atalar ilə oğullar üz-üzə qoyulub. Daima qalmaqalı çıxışları ilə yadda qalan Kəramət bu dəfə də anaları hədəfə alıb.

"Bizim analar uşaq bir az o yan-bu yan edən kimi deyir, südümü sənə haram edirəm. Ananın övlada süd verməyi heyvanlara da xas olan təbii prosesdir.  Heyvanla onun fərqi şüur fərqidir. Heyvanlar da balasına süd verir. Sadəcə deyə bilmir ki, mən sənə süd vermişəm".

Gülnar Süleymanova / REDAKTOR.AZ