Ərdoğan məşhur cütlüyü BELƏ BARIŞDIRDI - FOTOLAR

 10:54 27.05.2019     941

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sənətçilərlə və idmançılarla iftar yeməyində bir araya gəlib.

Redaktor.az yerli mənbələrə istinadən xəbər verir ki, qonaqlar arasında bir sıra tanınmış simalar, o cümlədən, boşanmaq üzrə olduğu iddia edilən müğənni Sinan Akçıl və aktrisa Burcu Kıratlı cütlüyü də olub. Onlar dövlət başçısı və onun xanımı Əminə Ərdoğanla görüşüblər. Tərəflər birgə şəkil çəkdirib.

Qeyd edək ki, Türkiyə mətbuatı Sinan Akçıl və Burcu Kıratlının boşanmağa qərar verdiyini iddia edirdi. Onların boşanmaq üçün hətta məhkəməyə müraciət etdiyi irəli sürülürdü.

Əlavə edək ki, sənətçilər 4 ay əvvəl Hollandiyada evlənib. Onların nikah şahidi Türkiyənin Amsterdamdakı Baş konsulu Əngin Arıkan olub.

Anar Türkeş / Redaktor.az