Meyxanaçı Samirə ilə Vasif Əzimov arasında niyə QALMAQAL YAŞANIB?

 16:05 27.05.2019     575

Meyxanaçı Vasif Əzimov ilə müğənni, meyxanaçı Samirə Yusifqızı arasında qalmaqal yaşanıb.

Redaktor.az xəbər verir ki, bu barədə ötən gün Xəzər televiziyasında yayımlanan “Ay Zaur” verilişində yayımlanan süjetlərin birində bildirilib.

Redaktor.az-a açıqlama verən Samirə Yusifqızı bildirdi ki, soyuq münasibət məhz müğənni Zeynəb Həsəniyə görə baş verib:

“ARB TV-də Zeynəbə görə Vasif mənimlə kobud davrandı. Guya mən onu orada təhqir etdim. Halbuki, günah onda idi, mən də yox. Ona görə də cavabını yerində verdim. Oqtay da orada idi, bu işə qarışmadı. Qadınlar öz aramızda həll edə bilərdik, amma Vasif qarışdı. O hərəkəti xətrimə dəydi. Daha sonra toyların birində soyuq münasibət göstərib, heç salam belə vermədi. Məclislərdə birgə meyxanalar deyirdik, isti münasibətimiz var idi. Amma artıq yoxdur”.

Sevda Bayramova / REDAKTOR.AZ