Məşhur müğənni və prodüser təyyarə qəzasında həyatını itirdi - VİDEO / FOTOLAR

 11:11 28.05.2019     2975

Braziliyada baş verən təyyarə qəzasında ölkənin məşhur müğənnisi Qabriel Diniz həyatını itirib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, sənətçi konsertdən sonra evinə qayıtmaq üçün yüngül mühərrikli təyyarədən istifadə edib. İdarəetmədən çıxan layner meşəlik əraziyə düşüb. Hadisə zamanı göyərtədə 28 yaşlı müğənni ilə yanaşı onun prodüseri də olub.

Lakin bəzi mənbələr hadisə zamanı laynerdə müğənni və iki pilotun olduğunu yazır. Qəzanın səbəbləri araşdırılır.

Anar Türkeş / Redaktor.az