Çingiz Türkiyə mediasının diqqətində - FOTOLAR

 12:05 29.05.2019     837

Gənc müğənni Çingiz Mustafayev Türkiyədə səfərdədir.

Redaktor.az xəbər verir ki, sənətçi artıq bir neçə kanalda, saytda, radiolarda çıxış edib.

Mustafayev ötən gün KRAL TV-nin nəzdində fəaliyyət göstərən “Mehmetin Gezegeni” layihəsində qonaq olub.

Qeyd edək ki, Çingiz Mustafayev bu il “Eurovision”da Azərbaycanı təmsil edib və 8-ci yerə çıxıb. 

Sevda Bayramova / REDAKTOR.AZ