“Bu oyunda Azərbaycan qalib gələcək" - Məşhurlardan final matçı ilə bağlı PAYLAŞIM

 16:08 29.05.2019     4159

Bu gün Bakıda Avropa Liqasının 2018/19 mövsümünün final oyunu keçiriləcək.

Redaktor.az xəbər verir ki, həlledici qarşılaşmada İngiltərə klubları “Çelsi” və “Arsenal” üz-üzə gələcək.

Final oyunu ilə bağlı məşhurlar sosial şəbəkədə müxtəlif paylaşımlar ediblər.

Əməkdar artist Bəhram Bağırzadə “İnstagram”da maraqlı foto paylaşaraq, “Bu oyunda Azərbaycan qalib gələcək inşaALLAH” şərhini yazıb.

"CBC Sport"un aparıcısı Ürfan Məmmədli tarixi oyunu canlı efirdən şərh edəcək. O, “İnstagram”ın “Story” bölməsində günün fotosunu paylaşıb.

Aparıcı Sənan Şəfizadə də final oyunu ilə əlaqədar sosial şəbəkədə aktiv məşhurlar siyahısındadır. Şəfizadə maraqlı şəkil paylaşaraq, “UEFA-nın ən ağır mükafatı. Əsli 15 kiloqram ağırlığındadır. Gümüş detallar və sarı mərmərdən hazırlanan kubokun müəllifi milanlı usta Bertonidi. Sabah kubok bizdən ayrılır” şərhini əlavə edib.

Aparıcı Ceyhun Əli “İnstagram”da şəkil paylaşıb. O, “Bütün dünyanın diqqəti Azərbaycandadır!rəyini vurğulayıb. 

Sevda Bayramova / REDAKTOR.AZ