Kənan M.M yeni mövsümdə “Savaşçı” serialında rol alacaq? - AÇIQLAMA

 16:33 29.05.2019     6778

Türkiyədə yayımlanan və Azərbaycanda da sevilərək izlənilən "Savaşçı" serialının mövsüm finalının çəkilişi baş tutub.

Redaktor.az xəbər verir ki, sözügedən ekran əsərində hemyerlimiz rejissor, aktyor Kənan M.M də rol alır.

Kənan M.M xüsusi olaraq saytımıza açıqlama verib:

“Hər şey yaxşıdır. Yeni mövsümdə işimi davam etdirəcəm. Serialın ana xətti türkçülüyün, millətçiliyin qorunmasından ibarətdir. Serialda "Türkün türkdən başqa dostu yoxdur" mesajı ötürülür. Ümumiyyətlə, türk dövlətlərinin arasında burada ən çox Azərbaycana, onun millətinə önəm verilir”.

Sevda Bayramova / REDAKTOR.AZ