"Nikahdan kənar uşaq dünyaya gətirə bilərəm. Qınaqdan qorxmuram" - ŞOK AÇIQLAMALAR

 16:20 30.05.2019     2157

Redaktor.az tanınmışlar xanımlar arasında maraqlı sorğu keçirib.

Vətəndaş yoxsa rəsmi nikah?

Müğənni Aynur Dadaşova Redaktor.az-a gözlənilməz açıqlama verdi:

“Mənim övladlarımın atası xarici vətəndaş olduğundan, biz rəsmi nikaha baş vurmadıq. Aramızda ancaq kəbin olub. Sevgi vacibdir, amma bunun müqabilində rəsmi nikah mütləq şəkildə olmalıdır”.

Şairə Nazilə Səfərli də rəsmi nikahın tərəfdarıdır. Sənətçi 23 ildir ailəlidir.

Aparıcı Lalə Mustafayeva rəsmi nikahın vacib olduğunu vurğuladı:

"Söhbət ciddiliyə çatanda əlbətdəki rəsmi nikah olmalıdır. Vətəndaş nikahında yaşayan insanlara nifrət edirəm. Evli kişi ilə münasibətdə olan qadın, mənim aləmimdə ən şərəfsiz qadındır. Şou biznesin 90 % vətəndaş nikahı ilə yaşayıb, uşaq dünyaya gətirir".

Aparıcı, müğənni Türkan Heydərova Redaktor.az-a dedi ki, vaxtı gələndə vətəndaş nikahına girib, dünyaya övlad gətirə bilər:

"Vətəndaş nikahında yaşayanlara pis baxmışam. O ki, qaldı mənə, təbii ki, rəsmi nikah istəyərəm. Amma 10-15 ildən sonra ailə həyatı qurmasam, vətəndaş nikahına müraciət edib, uşaq da dünyaya gətirə bilərəm. Qınaqdan qorxmuram. Övladıma lazım gəlsə, həm ana, həm də ata ola bilərəm".

Rəqqasə Aytən Əliyeva hesab edir ki, münasibətdə sevgi olan yerdə hər iki nikah olmasa da olar.

Müğənni Elit Star Cəmilə düşünür ki, rəsmi nikah olmalıdır:

“Biz xarici deyilik ki, vətəndaş nikahı ilə yaşayaq”.

Müğənni, meyxanaçı Samirə Yusifqızı hesab edir ki, rəsmi nikahda bədbəxt olmaqdansa, vətəndaş nikahı ilə xoşbəxt yaşamaq daha yaxşıdır.

Aparıcı Humay Muxtarova Redaktor.az- a bildirdi ki, əsas sevgidir:

“Sevgi olan yerdə fərq etmir. Rəsmi nikah kağız üzərində olan bir şeydir. Amma Allah qarşısında günaha batmamaq üçün, gələcəkdə uşaqların halal olması üçün dini nikah vacibdir”.

Aparıcı Dəniz Nəbiyeva deyir ki, rəsmi nikah hər şey demək deyil:

“O qədər rəsmi nikahlı ailələr görmüşəm ki, amma xoşbəxt deyillər. Elə biri mən. Boş şeydir”.

Aktrisa Leyla Hümmətova rəsmi nikahın heç nəyi həll etmədiyini bildirdi:

“Guya gəzəyən kişilərin arvadlarının hamısında rəsmi nikah var? O kağız heç nəyi həll etmir. Qadınlar tanıyıram ki, ikinci arvad kimi yaşayırlar. 3, 4 uşaq dünyaya gətirirlər, çox da xoşbəxtdirlər. Mən buna pis baxmıram".

Aparıcı Könül Muxtarova Redaktor.az-a bildirdi ki, əgər, dünyaya övlad gətirməyəcəksənsə, vətəndaş nikahında yaşaya bilərsən:

“Hər kəs rəsmi nikah istəyər. Əgər, alınmayıbsa, imkan yoxdursa, vətəndaş nikahı ilə yaşamaq olar. Amma uşaq heç vaxt vətəndaş nikahından doğula bilməz, onu burada qurban etmək olmaz”.

Sevda Bayramova / REDAKTOR.AZ