Tacır Şahmalıoğlu ata oldu: "Gözəl səsi olsa..." - FOTOLAR

 10:56 30.05.2019     652

Ötən gün 54 yaşlı müğənni Tacir Şahmalıoğlu ata olub.

Redaktor.az xəbər verir ki, sənətçi üçüncü dəfə övlad sahibi olub. Onun bir qızı və oğlu var. Ailənin son beşiyi isə oğlandır.

Sənətçi təəssüratlarını bizimlə bölüşdü:

“Həyat yoldaşım hələ ki, xəstəxanadadır. 2, 3 günə çıxmalıdır. Oğlumun adını Ömür qoydum. 3 kiloqramdır, boyu isə 50 santimetrdir. Bundan gözəl, sevincli gün ola bilməz. Əgər, Ömürün səsi gözəl olsa, müğənni olmaq istəsə, etiraz etmərəm”.

Sevda Bayramova / REDAKTOR.AZ