“Kişi olduğuma görə...” - Məşhurların pis VƏRDİŞLƏRİ

 21:00 30.05.2019     645

İdeal insan yoxdur. Təbii ki, hər kəsin olduğu kimi məşhurların da mənfi davranışları, zərərli vərdişləri var. 

Redaktor.az tanınmışların pis vərdişlərini araşdırıb:

Müğənni Günel Ələkbərova məclislərdə içki içdiyi etiraf etdi:

“Ən pis vərdişim insanlara inanmağımdır. Hiss edirəm ki, o insandan zərbə gəlir mənə qarşı, amma yenə də onunla münasibətimi pozmuram. Başıma daş dəyəndə ağıllanıram. İdeal deyiləm. Müsbət keyfiyyətlərdən çox, mənfi tərəflərim var. Siqaret yox, amma içki içirəm. Toydan toya, məclisdən-məclisə”.

Gənc müğənni Elvin Mirzəzadənin bir neçə pis vərdişi var:

“Əsəbiyəm, yuxu rejimim yoxdur, gecə yata bilmirəm. Bunlar pis vərdişlərimdir. Addım atdım, amma mümkün deyil. Gecə məclislərdə, tədbirlərdə əsnəyirəm”.  

Müğənni Nurlan Əzizbəyli siqaret çəkdiyini açıqladı:

“Çox səbirsizəm. Bu keyfiyyətimi bəyənmirəm. Onu aradan qaldırmaq üçün yetərincə çalışdım, amma yenə də tam həll olunmayıb. Kişi olduğuma görə siqaret çəkirəm, amma içki və digər vasitələrdən anlayışım yoxdur, nifrətim var.”

Sevda Bayramova / REDAKTOR.AZ