“Açıq-saçıq, öpüşmə və yataq səhnələrdə çəkilərəm” - Aktrisadan ŞOK AÇIQLAMA

 16:30 31.05.2019     1477

Bəzi xarici ekran əsərlərində aktrisaların cəsarətli görüntülərinin şahidi oluruq. Bunlar istər yataq, istərsə də sevgi macərasını əks etdirən səhnələr olur.

Görəsən, aktrisa Leyla Hümmətova sözügedən səhnələrdə çəkilməyə cürət edə bilər?

Aktrisa Redaktor.az-a xüsusi açıqlama verib:

“Aktrisa kimi açıq-saçıq, öpüşmə, yataq səhnələrində çəkilərəm. Amma Azərbaycanda deyil. Çünki bizdə bunun dəyərini bilmirlər, hər qısa geyinənə, soyunana pozğun kimi baxırlar. Sənətə hörmət yoxdur. Məşhur olmaq istəyən aktrisa Azərbaycanda fəaliyyət göstərməməlidir. Ölkəmiz Hollivud deyil. Hətta bizim bəzi savadsız aktrisalarımız Hollivud ilə "Bollivudu" səhv salırlar. Gülməlidir”.

Sevda Bayramova / REDAKTOR.AZ