“Söhbət var” adlı konsert proqramı keçirildi - FOTOLAR

 12:30 01.06.2019     578

Ötən gün Heydər Əliyev sarayında uzun müddətdir anonsları gedən məşhur “Söhbət var" adlı konsert proqramı baş tutub.

Redaktor.az xəbər verir ki, gecədə əməkdar artist Dilarə Əliyevanın aparıcılığı ilə bir sıra gənc aktyorların və müğənnilərin iştirakı əsasında səhnə əsəri, daha sonra isə konsert proqramı təqdim olunub.

Sənətsevərlərin, müğənnilərin, media nümayəndələrinin və tamaşaçıların qatıldığı gecə gur alqışlarla tamamlanıb.

FOTO: Müzəffər İsmayılov

Sevda Bayramova / REDAKTOR.AZ