“Uşaqlarıma əl qaldırıb, cəzalandırmışam” - Xuraman Şuşalı

 15:40 01.06.2019     434

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Redaktor.az xəbər verir ki, şou-biznes nümayəndələri arasında çoxuşaqlı analar var. Onlardan biri də müğənni Xuraman Şuşalıdır.

Sənətçi bildirdi ki, üç uşağını hər şeydən qorumağa çalışır. Hətta lazım gəlsə, əl qaldırıb, cəzalandırır da:

“Uşaqlarımı qorumağa çalışıram. İnternetdən, müxtəlif oyunlardan, xüsusi ilə də televizordan. Çünki bizdə uşaqlar üçün maarifləndirici verilişlər yoxdur. Tərbiyələri ilə birbaşa özüm məşğul oluram. Cəzalandıranda heç vaxt başlarına vurmuram. Pis olsam da, tövbə etsəm də, bunu edirəm. Çünki bu, olmalıdır. Cəza alanda üçü də alır. Birinə görə, hər kəs evdə qalır. Əyləncə mərkəzlərinə getməyə məhdudiyyət qoyuram. Xüsusi çubuğum var. Onu görən kimi hər şeyi anlayırlar. Ən çox balaca övladım qısqancdır. Xüsusilə də analarını tanıyanda, şəkil çəkdirmək istəyəndə inciyirlər". 

Sevda Bayramova / REDAKTOR.AZ