"Şou-biznesdə indi İlhamə Quliyevanın yerinə Elza oturub"

 20:23 01.06.2019     480

Əməkdar artist Elza Seyidcahan yeni fotosessiyası ilə izləyicilərin marağına səbəb olub.

Redaktor.az-ın axşam.az-a istinadən məlumatına görə, hər zaman fərqli obrazlar yaradan müğənni bu dəfə də ənənəsinə sadiq qalıb.

Qızılı libas geyinən və başına mirvarilər dolayan Seyidcahan böyük taxtda oturub. Onun fotosuna izləyiciləri müxtəlif şərhlər yazıblar.

Əksəriyyəti isə Elzaya "Demək istəyirsiz ki, İlhamə Quliyevanın taxtında özüm oturmuşam? İndi İlhamə Quliyevanın taxtında Elza oturub? Şou-biznesdə indi İlhamə Quliyevanın yerinə Elza oturub" kimi suallar ünvanlayıblar.