"Elə et ki, bir xanımın başqasının varlığından xəbəri olmasın" - Rüfət bu sözləri ilə qalmaqal yaratdı

 19:08 02.06.2019     425

"Ağ saçların hərəsi bir problemdir. Allahın verdiyi sənət əsəridir. Bunları boyaya bilmərəm".

Redaktor.az Axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Rüfət Axundov rejissor Nail Naiboğlunun "21 sual" adlı "Youtube" layihəsinə açıqlamasında deyib. Sənətçi sosial şəbəkədə yazılan tənqidlərdən bəhs edib:

"Bəyənmədiyim insanları izləmirəm. Amma kiminsə nəyinisə bəyənmirəmsə, durum ona təhqir yazım? Eləmərəm... Xoşuna gəlmirəmsə, baxma.

Aynur Dadaşova ilə dost olmuşuq, ona simpatiyam olub. Amma sevgili olmamışıq".

Rüfət "Heç iki qadın arasında qalmısan" sualına "Əsas odur bir xanımın qəlbinə dəyməyəsən. Nə edirsən et, biri o birinin varlığından şübhələnməsin" cavabını verib.

"Elə çərçivə olur ki, xəyanətə "yox" deyirəm. Xəyanət deməzdim, amma nəsə etmişəm. Həyatdır da" deyə, Rüfət xəyanətlə bağlı sualları cavablandırıb.