Xatun kamera qarşısında dava etdi - VİDEO

 19:39 02.06.2019     490

Müğənni Xatun Əliyeva komandası ilə dava edərkən kameralara tuş gəlib.

Redaktor.az axşam.az-a istinadən xəbər verir ki, özündən çıxan sənətçinin təzyiqi qalxıb. İfaçını dava edərkən "Şou news" proqramının kamerası görüntüləyib. Hadisə müğənni "Can Azərbaycan" layihəsi çərçivəsində verdiyi konsertlərdən birində baş tutub.

Xatun bildirib ki, aranjimançı və geyimini hazırlayan modelyer onu özündən çıxarıb:

"Söz verib ki, mahnını çatdıracaq, amma gətirmədi. Geyimimin bəzi yerləri istədiyim kimi olmadı. Son dəqiqəyə qədər uzadırlar. Bunu vaxtında hazır etmək lazımdır. Ən önəmli konsertdə insanı əsəbiləşdirməzlər. Çalışıram özümü əsəbdən qoruyum, amma düzəlmir".