“Sevdiyim şəxsə 2-3 dəqiqə nifrət etmişəm, sonra unutmuşam…”

 22:55 02.06.2019     475

“Bir müğənni çıxıb efirdə deyirsə, filan qadın müğənni əxlaqsızlıqla qazanır, onun cavabını vermək lazımdır”
“Mən lovğalanmağı xoşlamıram. Ona görə də evimi, bağımı, maşınlarımı göstərmirəm”.

Redaktor.az xəbər verir ki, bu sözləri “Eurovision”ın qalibi, müğənni Nigar Camal musavat.com-a açıqlamasında evlərini, maşınlarını reklam edən həmkarlarından danışarkən deyib.

Müğənni son günlər lüks həyat yaşayan qadın həmkarlarının əxlaqsız adlandırılmasına da münasibət bildirib: “Hər şey paxıllıqdan irəli gəlir. Bir müğənni çıxıb efirdə deyirsə, filan qadın müğənni əxlaqsızlıqla qazanır, onun cavabını vermək lazımdır. Sizə nə var? Hər kəs öz şəxsi həyatına cavabdehdir. Elə bilirlər ki, qadın müğənnini gözdən salırlar. Amma elə açıqlamalar ilə özləri də gözdən düşürlər”.

N.Camal onu əsəbləşdirən insanlardan da danışıb: “İnsanlar tənbəllik edəndə, özündən razı olanda, başqasına hörmətsizlik edəndə əsəbləşirəm. Bir də heç bir iş görməyib, başqalarının işlərini pisləyənləri görəndə dəli oluram”.

İfaçı kinli insan olmadığını bildirib: “Kinli insan deyiləm. “Sevdiyimə nifrət edirəm” mahnısını oxuyandan sonra tez-tez soruşurlar ki, sevdiyinizə nifrət etmisiniz? İnsan sevərək ayrılanda nifrət edir. Əsəbləşəndə 2-3 saatlıq nifrət hissi yaşaya bilər. Mən isə sevdiyim şəxsə 2-3 dəqiqə nifrət etmişəm, sonra unutmuşam”.