Kibariye Bakıda konsert verəcək

 10:59 03.06.2019     645

Türkiyənin məşhur müğənnisi Kibariye paytaxtımızın qonağı olacaq.

Redaktor.az xəbər verir ki, iyunun 14-də sənətçi sevənləri ilə görüşməyə hazırlaşır. Açıq havada təşkil olunacaq konsert, paytaxt restoranların birində gerçəkləşəcək.

Konserti “Kemal Aslan” müzik şirkəti və təşkilatçı-menecer Vəfa Vaqifqızı təşkil edəcək. Gecədə yerli, populyar müğənnilər də iştirak edəcəklər.

Sevda Bayramova / REDAKTOR.AZ