“Antidepressant dərmanları bitib. Psixoloji vəziyyəti yerinde deyil” - Anardan ŞOK SÖZLƏR / FOTOLAR

 12:26 10.06.2019     1251

Aparıcı Hüsniyyə Məhərrəmova “İnstagram”da stilist Elnur Hüseynovu təbrik edib.

Onun təbriki stilist Anar Ağakişiyevi özündən çıxarıb.

Məsələylə bağlı stilist Anar Ağakişiyev Redaktor.az-a açıqlama verib:

“Kiminsə ad gününü təbrik edəndə xoş söz yazaram. Aqressiya ilə şərh bildirmərəm. İkimizdə uşaq deyilik ki? O rəydən çox açıq şəkildə bilinir ki, mənim haqqımda yazıb. Amma cürəti çatıb adımı qeyd etməyib. Mənsə ondan qorxmayaraq, şəklini paylaşıb, üzərinə ən natəmiz heyvanın smaylikini qoydum. Məncə onun antidepressant dərmanları bitib, daxilində ANS-dən qalma böyük mazolu var. Onu orada "stajor" olanda İlqar Mikayıloğlu dəhlizin ortasında jim etməyə məcbur edib, cəzalandırıb. Ondan sonra daxilində böyük kompleks yaranıb, psixoloji vəziyyəti yerinde deyil. “Eurovision" vaxtında münasibətimiz yaxşı idi, dəfələrlə dəstək olmuşam ona. Qəti aramızda soyuqluq olmayıb. Yəqin içində paxıllıq yığılıb, o da bir anlıq bütün aqresiyyasını töküb. 40 yaşında xanım belə hərəkət edirsə, anormal haldır. Sahəmdə məndən yüksəyi yoxdur, zirvədəyəm. O, mənimlə ancaq “İnstagram”dan reklam qazana bilər. Dünya arenasındakı reklamı ona yaşatmaram”.

Qalmaqalla bağlı aparıcı Hüsniyyə Məhərrəmova ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab vermədi. 

Sevda Bayramova / REDAKTOR.AZ