İlqar Mikayıloğlu Hüsniyyə Məhərrəmovanı cəzalandırıbmı? - Aparıcı DANIŞDI

 14:52 10.06.2019     613

Məşhur stilist Anar Ağakişiyevin Redaktor.az-a aparıcı Hüsniyyə Məhərrəmova haqqında şok açıqlaması müzakirələrə səbəb olub.

Aparıcı haqqında müxtəlif fikirlər səsləndirən stilistin bir iddiası diqqəti daha çox çəkib. O, bildirib ki, vaxtı ilə ANS televiziyasında çalışan Hüsniyyə Məhərrəmova şirkətin məsul işçisi İlqar Mikayıloğlu tərəfindən təhqir olunub. Daha doğrusu, Anar iddia edir ki, Mikayıloğlu Hüsniyyəni dəhlizin ortasında "jim" etməyə məcbur edib. Yəni Hüsniyyəni bu şəkildə cəzalandırıb.

İddianın doğru və ya yanlış olduğunu aydınlaşdırmaq üçün İlqar Mikayıloğlu ilə əlaqə saxladıq. O, bu iddianın tamamilə yalan olduğunu bildirdi:

“Yalandır. Bizim Hüsniyyə ilə normal işçi münasibətimiz olub. Heç vaxt, heç bir mübahisəmiz olmayıb. Hüsniyyə çox yaxşı işçi idi, çalışqan, diribaş biri idi. Bütün işlərin öhdəsindən gəlməyi bacarırdı. Bunlar nə danışırlar? Boş söhbətlərdir. Bunu kim görüb, harda görüb? "

Sevda Bayramova / REDAKTOR.AZ